Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”ın qonağı olacaq “Molde” ölkəmizə yola düşüb.
Norveç klubunun məşqçiləri, futbolçuları yüksək əhval-ruhiyyədə Bakıya gəlirlər.
“Qarabağ”-“Molde” matçı sentyabrın 21-də 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.