Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.
Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı sentyabrın 20-si saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın mətbuat konfransı 18:30-da, açıq məşq isə 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.