Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekunlaşıb.
Supersport.Az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edib. Oyun 2:2 hesabıyla bitib.
Turun mərkəzi görüşü isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir. Son çempion “Qarabağ” “Sabah”ı sınağa çəkib. Ağdam klubu 2 qolla qalib gəlib.
Azərbaycan Premyer Liqası
VI tur
17 sentyabr
16:30 Turan Tovuz – Qəbələ 2:2
Baş hakim: Əliyar Ağayev
19:30 Qarabağ – Sabah 2:0
Qollar: Juninyo 55, Hamidu Keyta 88
Baş hakim: Tural Qurbanov