“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərindən “Molde” Norveç çempionatında 21-ci tur oyununu keçirib.
Supersport.Az saytının məlumatına görə, komanda evdə “Odds”la qarşılaşıb. Oyun “Molde”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Turnir cədvəlində “Mölde” 40 xalla 4-cü, “Odds ” isə 29 xalla 8-cidir.
Qeyd edək ki, sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” Bakıda “Molde”ni qəbul edəcək.