Supersport.Az xəbər verir ki, Tailand çempionatının 4-cü turunda “Buriram Yunayted” “Trat”ı sınağa çəkib. Ramil Şeydayevin komandası rəqibini 4 cavabsız qolla məğlub edib. Ramil start heyətdə meydana çıxıb, 78-ci dəqiqədə Petrayla əvəzlənib. “Buriram Yunayted” “Banqkok Yunayted”lə 10 xalla liderdir.
