Avropa Liqasının H qrupunda “Qarabağ”ının rəqibi olan “Bayer” Almaniya Bundesliqasının 4-cü turunun matçına çıxıb.
Supersport.Az xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv “Bayern” klubunun qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bayer” əlavə göstəricilərdə “Bayern”i qabaqlayaraq 10 xalla Bundesliqaya liderlik edir.