Supersport.Az xəbər verir ki, “RİZİN” Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyişmə, qalmaqal olub. Yaponiya idmançısı Çihiro Suzuki Vüqar Kərəmova söz atıb, sonra onun üstünə hücum edib. Bu zaman hər iki idmançı arasında dava düşüb.
