Supersport.Az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev yeni klubu olan “Adana Demirspor”un düşərgəsinə qoşulub.
29 yaşlı qolkiper Super Liqa təmsilçisinin dünən məşqində iştirak edib. “Şah” əla qurtarışlarla yadda qalıb.
Qeyd edək ki, “Adana Demirspor” Şahruddin Məhəmmədəliyevi “Qarabağ”dan transfer edib. Qolkiper Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.