Supersport.Az xəbər verir ki, Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin Boliviya ilə oyunda (3:0) iştirak etməməsinin səbəbi ilə bağlı məlumat paylaşıb.
Skaloni Lionel Messinin Boliviyaya qarşı oynamamasının səbəbini açıqlayıb:
“Messi oynamağa hazır deyildi. Dünən sağalmağa çalışdı, amma özünü çox rahat hiss etmədi. Məşqlərdə yoxlamadan keçməsini istəmədi”.
Xatırladaq ki, Lionel Messinin yoxluğunda Anxel Di Maria liderliyi üzərinə götürüb və iki məhsuldar ötürmə edib.