Supersport.Az xəbər verir ki, “Qarabağ” Futbol Klubunda yeni təyinat gerçəkləşib.
Anar Hacıyev klubun mətbuat xidmətinin rəhbəri təyin olunub.
O bu il iyunun 13-dən vakant olan postu tutub. A.Hacıyev bunadək “Qəbələ” İdman Klubunun media və marketinq meneceri vəzifəsində çalışıb.