Supersport.Az xəbər verir ki, Fransada Mərakeş ilə Burkina Faso arasında keçirilən yoldaşlıq görüşündə Fatihə surəsi oxunub.
“Lans” klubunun oyunlarını keçirdiyi “Bollaert-Delelis” stadionunda matçı izləməyə gələn minlərlə futbolsevərin Mərakəeşdə zəlzələdə həyatını itirənlərin xatirəsini yad etmək üçün dua oxuması sosial mediada böyük marağa səbəb olub.
UEFA-nın qərarına əsasən, futbol üzrə Avropa çempionatının seçmə mərhələsində dünən keçirilən bütün matçlarda Mərakeşdə baş verən zəlzələ və Liviyada sel nəticəsində həyatını itirənlər üçün oyun öncəsi bir dəqiqəlik sükut edilib.
Mərakeş yoxlama oyununda 36-cı dəqiqədə Azzedine Ounahinin vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib.