Supersport.Az xəbər verir ki, Belçikada Yaponiyaya yoldaşlıq matında 2:4 məğlub olan Türkiyə yığmasının baş məşqçisi Ştefan Kunts azarkeşlərin etirazıyla qarşılaşıb. Türk fanatlar alman çalışdırıcının istefasını tələb ediblər. Onlar komandaları 2 qol buraxan zaman “Kunts, TFF istefa” şüarını səsləndirib. Türkiyə seçməsi 3 qol buraxan zaman azarkeşlər fit çalıb, etiraz ediblər.
