Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan millisi yoldaşlıq oyununda İordaniya seçmə komandasına qalib gəlib.
“Dalğa Arena”da təşkil olunan matçı türkiyəli Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Xatırladaq ki, bu, rəqiblər arasında 3-cü sınaq olub. İlk iki oyun Əmmanda keçirilmişdi. 2004-cü ildə komandalar 1:1 bərabərə qalıbsa, 2010-cu ildə milli komandamız iki cavabsız qolla qələbə qazanmışdı.
Beynəlxalq yoldaşlıq oyunu
12 sentyabr
20:00. Azərbaycan – İordaniya 2:1
Qollar: Emin Mahmudov 45-pen., Renat Dadaşov 79 – Əl-Raşdan 57
Baş hakim: Arda Kardeşler (Türkiyə)
Yan xətt hakimləri: Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan (Türkiyə)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)
Bakı. “Dalğa Arena”
@supersport.azerbaijan Azərbaycan İordaniyanı məğlub etdi #keşfetteyizzz #azerbaijan #footballtiktok
♬ original sound – Supersport.Azerbaijan – Supersport.Azerbaijan