Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Supersport.Az qurumun rəsmi saytına istinadla xəbər verir ki, 405 komanda sırasında Azərbaycanın 3 təmsilçisi yer alıb.
“Qarabağ” 144,5 xalla 79-cu pillədən 64-cü yerə yüksəlib. Azərbaycan çempionu “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Olimpik Marsel” (Fransa) kimi klubları geridə qoyub.
“Sabah” 51 pillə irəliləyərək, 64,5 xalla 286-cı sıradadır.
“Neftçi” 62,75 xalla 298-ci pillədən 311-ə düşüb.
Qeyd edək ki, dünya reytinqində birinci İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti”dir (312 xal).
İspaniya “Real Madrid”i 301 xalla ikinci, Braziliya “Flamenqo”su 268 xalla üçüncü pillədədir.