Supersport.Az-ın məlumatına görə, UEFA klubların son 5 ildə avrokuboklarda çıxışına əsasən yeni reytinqini açıqlayıb.
Siyahıda ilk “üçlük”də “Mançester Siti” (124 xal), “Bayern Münxen” (120 xal) və “Real Madrid” (106 xal) qərarlaşıb.
Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” “Bayer”dən geridə, iki rəqibi – “Mölde”, “Hakken” klubundan öndədir.
Almaniya təmsilçisi 64 xalla 20-cidir.
Azərbaycan çempionu (25 xal) 1 pillə yüksələrək 61-cidir. Norveç təmsilçisi (24.5 xal) 1 pillə düşərək 63-cüdür. İsveç komandası (6 xal) 14 pillə irəliləyərək 209-cudur.
“Qarabağ”, “Fənərbağça” (63-cü yer, 24.5 xal), “Monako” (66-cı yer, 24 xal), “Lester Siti” (68-cı yer, 23 xal), “Fiorentina”, “Volfsburq” (69-cu yer, 22.5 xal), “Zenit” (72-ci yer, 22 xal), “Borussiya” Münxenqladbax (74-cü yer, 21 xal), “Lex” (79-cu yer, 19 xal), “Frayburq” (81-ci yer, 18 xal), “Valensiya” (86-cı yer, 17 xal) və başqa klubları geridə qoyub.
Qeyd edək ki, avqustun 31-də elan olunan siyahıda 421 klub yer alıb.