Supersport.Az-ın məlumatına görə, son 10 ildə futbolçu satışından ən çox qazanan klublar məlum olub.
“Benfika” 764 milyon avro gəlirlə birincidir. Portuqaliya klubu 5 futbolçunun satışıyla tarixi uğur əldə edib:
Feliks (127 milyon avro), Enzo Fernandes (121 milyon avro), Darvin Nunyes (80 milyon), Ruben Dias (71 milyon), Qonsalo Ramos (65 milyon).
“Ayaks” 434 milyon avro gəlirlə siyahıda ikincidir. Niderland təmsilçisi son illər Frenkie de Jong, Matthijs de Ligt, Antony və Hakim Ziyech kimi oyunçuları satıb.
Avstriya çempionu “Zalsburq” 422 milyon avro qazancla “Manchester City”nin futbolçusu Erlinq Haaland, Sadio Mane və Upamecano kimi oyunçuların satışlarla ön plana çıxıb.
Sonrakı yerləri tutan klublar: “Monako” (402 milyon), “Sportinq” (376 milyon), “Porto” (352 milyon), “Lill” (350 milyon), “Olimpik Lion” (336 milyon), PSV (262 milyon), “Dinamo Zaqreb” (251 milyon).
“Monako” Kilian Mbappe, Ceyms Rodriges və başqa oyunçuları dünya futboluna bəxş edib.
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo Zaqreb” 251 milyon avro qazancla 10-cudur.
Xorvatiya çempionu Luka Modriç, Mateo Kovaçiç kimi önəmli oyunçuları dünya futboluna qazandırıb. Ən diqqət çəkən satışları isə Dani Olmo, Joşko Qvardiol, Marko Pjatsa və Josip Şutalo olub.