Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yeri tutub.
Supersport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi bürünc medal uğrunda oyunda yerli, turnirin ötənilki qalibi AEK klubunu 5:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər komandası “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə uduzaraq, mübarizəni dayandırmışdı.