Bolqarıstanın paytaxtı Sofiyada minifutbol üzrə Çempionlar Liqasının yarımfinalında “Zirə” Monteneqronun “”Sabornoq Xrama” klubuyla qarşılaşıb. Rəqib komanda 3:1 hesablı qalib gəlib. Azərbaycan təmsilçisi üçüncü yer uğrunda son çempion, Rumıniyanın AEK-iylə yarışacaq.
Qeyd edək ki, daha əvvəl “Birbaşa Bakı” 1/4 finalda AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.