Supersport.Az xəbər verir ki, basketbol üzrə FİBA Dünya Kubokunda sensasiya olub. Filippinin Pasay şəhərində Almaniya yığması yarımfinalda gözlənilmədən ABŞ seçmə komandasını məğlub edib. Almanlar 113-111 hesablı qələbəylə finalda Serbiyanın rəqibi olub.
Almaniyanın uğurunda 21 xalla Daniel Theis və 17 xalla Dennis Schröder daha çox rol oynayıb.
ABŞ yığmasında Entoni Edvardsın 23, Ostin Rivsin isə 21 xalı məğlubiyyətin qarşısını ala bilməyib.
Serbiya bu oyundan əvvəl yarımfinalda Kanadaya 95:86 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb.