Supersport.Az-ın məlumatına görə, Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsinin 5-ci turunda Belçika yığmasıyla qarşılaşıb.
Qrupun güclülərindən olan belçikalılar Bakıya ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun favoriti hesab olunurlardular. Belçika yığması 1 qolla qələbə qazanıb.
Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.
AVRO-2024-ün seçmə mərhələsi
V tur
F qrupu
17:00. Azərbaycan – Belçika 0:1
Qol: Yannik Karrasko 38
Baş hakim: Nenad Minakoviç (Serbiya).
Bakı, “Dalğa Arena”
Avstriya – 10 xal (4 oyun), Belçika – 10 (4), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (4).