Supersport.Az xəbər verir ki, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika oyunu öncəsi təşkil olunan mətbuat konfransında baş məşqçi Canni De Byazi fikirlərini bildirib.
“Sabah bizi ağır oyun gözləyir. Çox güclü komandaya qarşı oynayacağıq. Rəqib FİFA reytinqində 4-cü pillədədir. Cəsarətli oynamalıyıq. İsveç və Avstriya oyunlarında olduğu kimi rəqibə hədiyyə verməməliyik. Yaxşı nəticə qazanmaq istəyiriksə, imkanlardan düzgün yararlanmalı və heç bir səhv etməməliyik. Başa düşürük ki, güclü komandaya qarşı oynayacağıq. Onlar da bizim kimi insanlardır, futbolçulardır. Sabah ən yaxşısını etməyə çalışacağıq. Rahat, asan oynamalıyıq ki, futbolçular azarkeşləri və özlərini sevindirsinlər”.