Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçib.
Supersport.Az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qapıçı yeni komandası ilə müqavilə imzalayıb.
“Yeni transferimiz camiəmizə xeyirli olsun”.
“Qarabağ”dan ayrılaraq Türkiyə klubu ilə anlaşan qolkiperin “Adana Dəmirspor”la sözləşməsinin müddəti 2 illik nəzərdə tutulub.
Qeyd edək ki, 2016-cı ildən Ağdam klubunda çıxış edən Şahruddin 131 matçın 66-da qapısını toxunulmaz saxlayıb.