Supersport.Az xəbər verir ki, minifutbol üzrə “Birbaşa Bakı” komandası Rumıniyada Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanıb.
Azərbaycan təmilçisi üçüncü oyununda Albaniyanın “Prestij” kollektivini 3:1 hesablı məğlub edib.
Bakı klubu daha əvvəl Moldovanın “Volta” klubuna 4:1, Yunanıstan çempionu “Maqufana”ya 3:1 hesabı ilə qalib gəlib.
Beləliklə, xalını 9-a çatdıran “Birbaşa Bakı” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. Bu raundun görüşləri sabah olacaq.