Supersport.Az xəbər verir ki, Berlində Avropa Klublar Birliyinin (European Club Association) Baş Assambleyası keçirilib.
Qurumun 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzvlərin seçimi baş tutub. “Qarabağ” FK-nın baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti 4 ildə İK-ə üzv seçilib. Bununla da, Asif Əsgərov beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.
Asif Əsgərov 2017-ci ildən ECA işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub.
2008-ci ildə təsis olunmuş ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır.
ECA-nın rəhbəri PSJ-nin prezidenti Nasser Əl Xələfidir. “Qarabağ”ın baş meneceri Asif Əsgərov tədbirdə UEFA prezidenti Aleksander Çeferin, həmçinin PSJ rəhbərliylə görüşüb.