Supersport.Az Avropa çempionatının seçmə mərhələsində Bakıda keçiriləcək Azərbaycan – Belçika matçı ərəfəsi millimizin keçmiş, “Səbail”in baş məşqçisi Şahin Diniyevin fikirlərini videogörüntüyə alıb. Mütəxəssis bildirib ki, rəqib güclüdür və oyun çox çətin olacaq. Diniyev buna rəğmən, “Azərbaycan yığması Belçikaya qarşı vuruşmalıdır” deyib.
