Supersport.Az-ın məlumatına görə, bu gün gənclər və idman naziri Fərid Qayıbov Şahdağ Milli Parkına daxil olan “Heydər zirvəsi”nə (3751 m) qalxıb. Naziri Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı müşayiət edib.
Yürüş ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə baş tutub.
