Almaniyanın baş məşqçisi Hans-Diter Flik tezliklə istefaya göndərilə bilər.
Supersport.Az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Yaponiya və Fransa ilə yoldaşlıq görüşlərində uğursuzluq halında bu, hələ sentyabrda baş verə bilər.
Almaniya ev sahibi kimi Avro 2024-ə vəsiqəni təmin edib və indi yalnız yoldaşlıq oyunları keçirir. Bundestimin iyulda oyunları uğursuz olub: Ukrayna ilə 3:3 hesablı heç-heçə, Polşa (0:2) və Kolumbiyaya (0:1) məğlubiyyət.
Yulian Naqelsmann, Oliver Qlassner və Mattias Zammer artıq Flick-in əvəzediciləri kimi nəzərdən keçirilir.