Supersport.Az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, Çempionlar Liqasında “Molde”ni mübarizədən kənarlaşdıraraq qrupa düşməyi bacaran “Qalatasaray” Norveç təmsilçisinin ən nüfuzlu futbolçusu Emil Breyviklə anlaşıb.
23 yaşlı yarımmüdafiəçinin təmsilçisi Cim Solbakken danışıqların aparıldığını təsdiq edib. Futbolçu “Qalatasaray”la iki oyunda start heyətdə olub.
“Molde”nin yetirməsi Emil Breyvik bu mövsüm uğurlu çıxışıyla diqqət çəkib və transfer qiyməti 2,8 milyon avrodur.
Emil Breyvik Norveç Liqasında 18 oyunda 6 qol, 5 məhsuldar ötürmə, Çempionlar Liqsında 6 matçda 3 qol, 1 məhsuldar ötürməylə yadda qalıb. Dörd ildir ki, “Molde”nin formasını geyən futbolçunun müqaviləsi 2 il sonra bitəcək.
Qeyd edək ki, sentyabrın 21-də Avropa Liqasının qrup turnirinin ilk matçında “Qarabağ” Bakıda 20:45-də “Molde”ni qəbul edəcək.