Supersport.Az jurnalistlərdən qaçan futbol millimizin baş məşqçisi Canni de Byazidən videogörüntü hazırlayıb.
Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sumqayıt” – “Neftçi” oyununu yarımçıq izləyən italiyalı mütəxəssis, mətbuat nümayəndələrinə açıqlama vermək istəməyib. De Byazi “Səbail” – “Qarabağ” matçından sonra da mediadan qaçıb.