Türkiyədə keçirilən “Karatepe Cup” turnirinə yekun vurulub.
Supersport.Az xəbər verir ki, finalda “Qarabağ”ın U-15 komandası “Hisareyn Spor Green”i 5:0 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.
Həlledici qarşılaşmada qolları Polad Hüseynov, Səid Nueiyev, Əli Bəşirov, Hüseyn Bayramov və Riad Qaradağlı vurublar. Qapıçı Bilal Hacıyev isə komandasını penaltidən xilas edib.