Futbol üzrə Xorvatiya çempionatının 6-cı turunda Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” səfərdə “Osiyek”in qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli 30-cu dəqiqədə meydana çıxıb və komandasının ilk qolunun müəllifi olub.
“Dinamo” 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.