Supersport.Az xəbər verir ki, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
Azərbaycan çempionu sentyabrın 21-də, I turda Norveç “Molde”sini sınağa çəkəcək.
“Qarabağ” II turda, oktyabrın 5-də İsveçdə “Hakken”in qonağı olacaq.
Azərbaycanın 10 qat çempionunu sonrakı iki turda Almaniya klubuyla qarşılaşacaq. “Qarabağ” oktyabrın 26-da səfərdə, noyabrın 9-da evdə “Bayer 04” ilə üz-üzə gələcək.
Noyabrın 30-da Azərbaycan təmsilçisi V turda “Molde”nin qonağı olacaq, dekabrın 14-də, son turda Bakıda “Hakken”i qəbul edəcək.