Supersport.Az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” ilə cavab (1:1) görüşündən sonra “Qarabağ”ın futbolçusu Leandro Andrade fikirlərini bildirib.
– Oyundan sonra “Olimpiya”nın futbolçusu ilə nə haqda danışırdınız?
– Dioqo Pintu idi, bizə qol vuran futbolçu. “Sportinq”in aşağı yaş qruplarında birlikdə oynamışıq. Elə uşaqlıqdan bir-birimizi tanıyırıq. Sonradan yollarımız ayrıldı. İndi o da ata olacaq, mən də.
– Ona “Qarabağ”a gəlməyi ona təklif etmədin?
– Xeyr. Sadəcə bizə qol vurduğuna görə ona əsəbiləşdim.
– “Qarabağ” ardıcıl 10 mövsümdür ki, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. Bu barədə fikrin necədir?
– “Qarabağ”ın şərəfli tarixinə adımın yazılmasına görə qürurulu və sevincliyəm.