Supersport.Az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışıb.
51 yaşlı mütəxəssis rəqibləri təhlükəli hesab edib.
“İddialı və maraqlı qrupa düşmüşük. Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. “Bayer” top “5-lik” ölkəsinin komandasıdır. “Mölde” və “Haken” də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir”.
Qeyd edək ki, “Qarabağ” H qrupunda Almaniyanın “Bayer 04”, Norveçin “Molde” və İsveçin “Hakken” komandaları ilə üz-üzə gələcək.