Supersport.Az xəbər verir ki, Almaniyanın seçmə komandasının sabiq hücumçusu Miroslav Kloze UEFA prezidenti tərəfindən xüsusi mükafat alıb.
UEFA-nın bu mükafatı ilə Klozeni təxminən 20 illik karyerası ərzində Almaniyanın “Homburq”, “Kayzerslautern”, “Verder Bremen”, “Bayern” və İtaliyanın “Latsio” klublarında oynadığı xidmətlərini qiymətləndirib.
Miroslav Kloze Almaniya yığmasında 137 oyun keçirib, 71 qol vurub və 2014-cü ildə dünya çempionu olub. Həmçinin almaniyalı hücumçu vurulan qolların sayına görə dünya çempionatlarının rekordçusudur. O, dörd turnirdə 16 qol vurub.