Supersport.Az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında avqustun ən yaxşı oyunçusu seçilib.
Portuqaliyalı hücumçu keçən ay klubun heyətində 3 oyun keçirib, 5 qol vurub və iki məhsuldar ötürmə edib.
Ümumilikdə Səudiyyə Ərəbistanı çempionatında Kriştiano Ronaldo 23 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.