Supersport.Az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç çempionatının 21-ci turunda “Deqefors”u qəbul edib. Musanın dubl etdiyi oyunda komandası 4:1 hesablı qələbə qazanıb.
Musa Qurbanlı meydana start heyətində daxil olub və 89-cu dəqiqədə Teo Berqvali ilə əvəzlənib. Musa görüşdə dubl edib və 1 qolun ötürməsini verib. O, het-trik etməyə yaxın olsa da, 58-ci dəqiqədə penaltini dəqiq vura bilməyib.
Xatırladaq ki, M.Qurbanlı 4 gün əvvəl İsveç kubokunun seçmə mərhələsində “Sandvikens”lə görüşdə (5:1) 1 qol vurub və bu qarşılaşmada qolla nəticələnən penaltinin səbəbkarı olub.
“Yurqorden” çempionatda hazırda 37 xalla 4-cü, “Deqefors” 20 xalla 14-cüdür.
27 avqust
19:30. “Yurqorden” – “Deqefors” – 4:1
Qollar: Qustav Medonsa Uikhem, 2 (Qol ötürməsi: Musa Qurbanlı), Yozef-Klaud Qyau, 20 (1:1), Musa Qurbanlı, 23 (2:1), 34 (3:1), Markus Danielson, 64
Qeyri-dəqiq penalti zərbəsi: Musa Qurbanlı, 58 (“Yurqorden”)