Supersport.Az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi “İnter Mayami” ABŞ Kubokunda “Çinçinnati” ilə qüvvəsini sınayıb.. Qarşılaşmanın əsas və əlavə vaxtı 3:3 hesabı başa çatdığından penaltilərə ehtiyac duyulub.
Burada daha dəqiq oynayan Messinin komandası (5:4) finala vəsiqə qazanıb. “İnter Mayami”nin həlledici matçdakı rəqibi “Hyuston Dinamo” olacaq. Matç sentyabrın 27-də keçiriləcək.
