Supersport.Az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” ilə ilk matçI üçün Sloveniyaya yollanan “Qarabağ” artıq Lyublyana şəhərinə çatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi ilə Lyublyana klubu arasındakı görüş sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.