Supersport.Az xəbər verir ki, UEFA və Adidas Çempionlar Liqasının yeni mövsümündə istifadə olunacaq topu nümayiş etdirib.
Dizayn turnirin rəsmi himnindən ilhamlanıb. Rənglər, müəlliflərin düşündüyü kimi, məşhur melodiyanın musiqi tonlarını əks etdirir.
Qrup mərhələsi sentyabrın 19-da başlayacaq.
İndi pley-off mərhələsi – sonuncu seçmə mərhələdir.
Turnirin hazırkı qalibi “Mançester Siti”dir.