“Neftçi” klubunun sabiq prezidenti Sadıq Sadıqov və indiki rəhbəri – baş icraçı direktor Fərrux Mahmudov bir araya gəliblər.
Supersport.Az xəbər verir ki, bununla bağlı Sadıq Sadıqov paylaşım edib. O, bu şəkli “Neftçi” və ürək emojisi ilə bölüşüb.
Qeyd edək ki, S.Sadıqov 2009-13-cü illərdə klubun prezidenti olub. F.Mahmudov isə bu ilin iyul ayında “Neftçi”nin baş icraçı direktoru təyin edilib.