Supersport.Az xarici mətbuata istnadla xəbər verir ki, “Xetafe” – “Barselona” matçı La Liqa tarixinin ən uzunmüddətli oyunu olub.
Qarşılaşma 116 dəqiqə davam edib.
“Barselona”nın La Liqanın ikinci turunda “Xetafe” ilə oyunu 0:0 hesablı heç-heçə edib. Hakim “Xetafe”nin qapısına penalti təyin etmədiyi üçün matç hakim qalmaqalı ilə başa çatıb.
Ümumilikdə qarşılaşma 115 dəqiqə 54 saniyə davam edib. Opta-nın hesablamalarına görə, bu matç La Liqa tarixində belə hesablamaların başladığı 2007/2008 mövsümündən bəri ən uzun matç olub.
Matçın əsas müddəti 56 dəqiqə olub. Topun xaricində oyun 60 dəqiqə 43 saniyə davam edib. “Barselona” 39 dəqiqə 32 saniyə, “Xetafe” isə 16 dəqiqə 45 saniyə topa sahib olub.