Supersport.Az xəbər verir ki, “Real Farma” klubunun oyunçu prezidenti, yarımmüdafiəçi Nikolay Lixovidov ölkə çempionatının yeni mövsümündə ikinci liqada çıxış etməyə başlayıb.
57 yaşlı iş adamı və futbolçu komandasının Kiyev “Lokomotiv”i ilə oyunda (4:1) iştirak edib. O, 37 dəqiqə oynayıb və əvəzlənib.
Oyun günü Lixovidovun yaşı 57 yaş 6 ay 17 gün idi. Bu, aktiv futbolçular üçün yeni ən yüksək dünya nailiyyətidir.
“Real Farma” 1 oyundan sonra 3 xalla Ukrayna ikinci Liqasının turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.