“Paris Saint-Germain”in 29 yaşlı yarımmüdafiəçisi Leandro Paredes “Roma”ya keçməyə yaxındır.
Supersport.Az xarici mətbuata istinadla xəbər verir ki, klublar danışıqların son mərhələsindədir.
Leandronun “Roma” ilə 2 illik müqaviləyə razılaşdığı, daha bir il uzadılması variantının olduğu bildiirlir.
Argentinalı dünya çempionu artıq 2014/15 və 2016/17 mövsümlərində Roma klubunda çıxış edib. Bu müddət ərzində o, 4 qol vurub, 2 məhsuldar ötürmə ilə klubda 54 oyun keçirməyi bacarıb.