“Barselona” La Liqanın 1-ci turunda “Xetafe” ilə oyunda 0:0-la kifayətlənib. Bu oyunda 3 qırmızı vərəqə göstərilib. “Barselona”dan Rafinya, Xavi, “Xetafe”dən Mata qovulub.
Barselona klubunun baş məşqçisi Xavi hakimlərlə mübahisə etdiyi üçün qovulub.
“Mən hakimə dedim ki, “Xetafe”nin çox sayda qayda pozuntularını bağışlayır, ancaq bizim yox. Buna görə də məni kənarlaşdırdı.
Mənim çıxarılmağımın əhəmiyyəti yoxdur. Önəmli olan meydanda baş verənlərdir. Yenə də qalib gəlməyə çalışdıq, amma alınmadı. Düşünürəm ki, qələbəyə layiq idik, ancaq bu, kifayət etmədi. Çox heyif.
Bütün bunlara arbitr icazə verdi, başqa heç kim. Mən bunu qeyd etdim və buna görə də qovuldum. Rafinhanın uzaqlaşdırılması baş verənlərin məcmusudur. “Xetafe” belə oynamağa icazə verilir, bizə yox”.