Supersport.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının ilk turunda “Liverpul”un “Çelsi” ilə qollu bərabərliklə bitən matçında xoşagəlməz olay olub.
Oyunun 77-ci dəqiqəsində Harvi Elliottla əvəzlənən Muhamməd Salah bundan narazı qalaraq əsəbləşərək qolundakı sarğını cırıb.
İlk hissədə misirli futbolçunun qolu videotəkrarda izləndikdən sonra ləğv edilib.
