Supersport.Az xəbər verir ki, “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın yeni mövsümə hazırlığını dəyərləndirib.
“Biz uzun illərdən sonra ilk dəfə Avropa yarışlarında oynamayacağıq və buna öyrəşmək lazım gələcək. Amma futbolçularla daha çox işləyə biləcəyik. Klub yeni mövsümdə çempionluq uğrunda mübarizə aparsa, yaxşı olar.
Hazırkı heyətdən çox razıyam, çətin ki, yeni futbolçular gəlsin. Əminəm ki, bəzi oyunçular ötən mövsümlə müqayisədə irəliləyəcəklər”.
“Yuventus” A Seriyasının yeni mövsümünün ilk oyununu avqustun 20-də səfərdə “Udineze”yə qarşı keçirəcək.