Supersport.Az xarici mətbuata istinadla xəbər verir ki, İtaliya yığmasından ayrılan Roberto Mançiniyə Səudiyyə Ərəbstanı millisinin baş məşqçisi olması üçün illik 18 milyon avro maaş təklif olunub. Yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.
Xatırladaq ki, Mançininin rəhbərliyi dövründə İtaliya millisi Avro-2020-nin qalibi olub. Lakin 2022-ci il dünya çempionatının final mərhələsindən kənarda qalıb. Avro-2024-ün seçmə mərhələsində İtaliya yığması iki turda üç xal toplayıb.