Roberto Mançini postunu tərk etdikdən sonra İtaliya Futbol Federasiyası (FIGC) dərhal milli komandaya yeni baş məşqçi axtarışına başlamaq məcburiyyətində qalıb.
Supersport.Az həmin ölkənin mətbuatına istinadla xəbər verir ki, FIGC artıq Mançini əvəz edəcək iki əsas namizədlə bağlı qərar verib və artıq onlarla danışıqlar aparır. Söhbət Luçano Spalletti və Antonio Kontedən gedir.
İndi hər iki mütəxəssis işsizdir. Spalletti 33 ildə ilk Skudettosunu qazandıqdan sonra ötən mövsümün sonunda “Napoli”dən ayrılıb. Artıq 2014-2016-cı illərdə İtaliya yığmasının baş məşqçisi olan Konte isə yazda “Tottenhem”dən qovulub.