Supersport.Az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti La Liqanın 1-ci turunun “Atletik”ə qarşı keçirdikləri oyunun (2:0) nəticəsini şərh edib.
“Birinci hissə çox yaxşı keçdi, böyük intensivliklə oynadıq, böyük irəliləyişə nail olduq: üstün idik, daha bir qol vurduq. İkinci hissədə oyuna daha çox nəzarət etdik və intensivliyi aşağı saldıq. Ancaq birinci hissə çox yaxşı keçdi.
Oyunçular diqqətli və motivasiyalı idilər. Çox yaxşı kollektiv oyun göstərdik, mübarizələrdə qalib gəldik. Müdafiədə birlikdə çalışdıq, quru hesab müsbət haldır. Mükəmməl matç oldu: birinci hissə çox yüksək səviyyədə keçdi, ikinci hissədə oyuna biz nəzarət etdik”.
“Real Madrid” növbəti matçını avqustun 19-da səfərdə “Almeriya”ya qarşı keçirəcək.